Vəzifə öhdəlikləri:
• Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
• Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir- beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
• Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
• Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
• Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
• Metal konstruksiya , demir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
• Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir
İş qrafik:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
İş qrafiki: həftə içi günlər saat 10:00-dan 19:00-dək
şənbə günü
08:00-dan 13:00-dək.
Namizədə aid tələblər:
• Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
• İş təcrübəsi: Konstruktor olaraq ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
• Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, və s.
• Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət); Digər dillər əlavə üstünlük hesab olunur
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı
Müraciyyət üçün CV lərnizi aşağdaki mail ünvanına göndərin