Satınalma
• Əməliyyatların səmərəli icrasını təmin etmək üçün satınalma və təchizat zəncirinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək, satınalma planlarını hazırlamaq və yeniləmək.
• Satınalma prosedurlarına uyğun olaraq təchizatçıların seçilməsi və qeydə alınmasına, yerli bazar araşdırmalarının aparılmasına.
• Tələb olunduqda həssas avadanlıqların satın alınması və istifadəsi üçün müvafiq lisenziyaların və icazələrin alınmasını təmin etmək.
Logistika
• Avadanlıq və aktivlərin təhlükəsiz daşınmasını və saxlanmasını təşkil etmək, izləmək və nəzarət etmək, proseslər barədə müvafiq şəxsləri məlumatlandırmaq.
• Beynəlxalq olaraq göndərilən malların vaxtında və sərfəli rəsmiləşdirilməsini təmin etmək üçün gömrük və digər maraqlı tərəflərlə işləmək.
• Proqram aktivlərinə nəzarət etmək, aktivlərin izlənilməsini, saxlanmasını və xidmət göstərilməsini və proqram aktivlərinin reyestrinin dəqiq və yenilənmiş olmasını təmin etmək.
• Logistika və satınalma məsələləri üzrə digər qurumlar və müvafiq yerli hakimiyyət orqanları və nazirliklərlə əlaqələr yaratmaq və danışıqlar aparmaq.
Nəqliyyat
• Nəqliyyat vasitələrinin düzgün və təhlükəsiz şəkildə istifadə edilməsini, sığortanın mövcud olmasını, zərərlər barədə məlumat verilməsini və yanacaq sərfiyyatının tənzimlənməsini idarə etmək
• Rəhbərlik tərəfindən tələb olunduqda, komanda üzvlərini görüşlərə aparmaq, təchizatçıları ziyarət etmək və ya əməliyyatlara baş çəkmək kimi sürücülük vəzifələrini yerinə yetirmək.
• Proqram işçi heyyəti və ziyarətçilər üçün taksiləri təşkil etmək, rəhbərliyin işçi heyyətin və ziyarətçilərin səfərlərini görə bilməsi üçün taksi izləmə vasitələrinin yaradılması və davamlılığının təmin olunması.
İnzibati dəstək
• Büdcələrin, təkliflərin və əməliyyat planlarının hazırlanmasına rəhbərlik etmək üçün proqramın rəhbərliyinə texniki logistika və satınalma ekspertizası təqdim etmək.
• Satınalma, logistika və nəqliyyat fəaliyyətlərinin layihə büdcələrinə uyğun olmasını təmin etmək üçün Maliyyə həmkarları ilə sıx əməkdaşlıq etmək.
• Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
• Rəqabətli tenderlər də daxil olmaqla, əvvəldən-sona satınalmaların əlaqələndirilməsi təcrübəsi.
• Layihə və ya proqramın əməliyyat tələblərini dəstəkləmək üçün logistik nəzarətin həyata keçirilməsi və idarə edilməsi təcrübəsi
• Beynəlxalq təşkilatlar üçün idxal prosesləri üzrə təcrübə
• Aktivlərin və inventarların idarə edilməsi təcrübəsi
• Tərəfdaş təşkilatlarla iş təcrübəsi
• Müvafiq beynəlxalq ixrac/idxal prosedurları və təlimatları haqqında biliklər
• Təchizat zəncirinə və aktivlərin idarə edilməsinə nəzarət etmək üçün aydın uçot sistemlərini hazırlamaq və davamlılığını təmin etmək bacarığı
• Yüksək funksional savadlılıq, hesablama və İT bacarıqları (məsələn, Word/Excel)
• Aydın şəkildə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı
• Effektiv danışıqlar aparmaq bacarıqları
• Səlis ingilis dili biliyi
• Etibarlı sürücülük vəsiqəsi
Müraciyyət üçün CV lərnizi aşağdaki mail ünvanına göndərin